Nursultan Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb

Nursultan Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

BusinessTime xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib.

“Bu gündən etibarən bu vəzifəni mən tutacağam”, - o bildirib.

Prezident heç bir halda paytaxt Nur-Sultanı tərk etməyəcəyini vurğulayıb.