Ötən gün 39 nəfər şənliklərə buraxılmayıb

Ötən gün 39 nəfər şənliklərə buraxılmayıb

Dekabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 178 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən "BusinesTimes"a verilən məlumata görə, monitorinq 175 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 39 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.