“PAŞA Bank” minalardan təmizlənməsinə dəstək verir

“PAŞA Bank” minalardan təmizlənməsinə dəstək verir

“PAŞA Bank” işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə dəstəyini davam etdirir.

Bu il Bank Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) daha iki xüsusi təlim keçmiş minaaxtaran iti ianə edib. Belçika Malinuası cinsinə məxsus, “Inam” və “Ümid” adları verilmiş itlər beynəlxalq standartlara uyğun xüsusi təlim proqramını uğurla tamamlayıb və yaxın günlərdə Füzuli rayonunda minalardan təmizləmə əməliyyatlarında iştirak edəcəklər.

İdarə heyətinin sədri, baş icraçı direktor Cavid Quliyevin sözlərinə görə, “PAŞA Bank” ölkəmizin aparıcı korporativ bankı olaraq yalnız iqtisadiyyatın inkişafına töhfə verən maliyyə xidmətləri ilə deyil, həm də cəmiyyətimiz üçün strateji əhəmiyyət daşıyan sosial layihələrə dəstək göstərməklə fəxr edir.