Əməliyyatsız bədən şəkilləndirmədə 3 fərqli texnologiyadan istifadə olunur
Lalisa Estetik Mərkəzində bədən şəkilləndirmə məqsədilə LPG Integral, EMS və Kriolipoliz texnologiyalarından istifadə olunur.
Mərkəzin məlumatına görə, sözügedən prosedurlar əməliyyatsız bədən şəkilləndirmə və lokal piylərin korreksiyası məqsədilə tətbiq edilir. Prosedurlardan sonra pasiyentin gündəlik fəaliyyətinə davam edə bildiyi bildirilib.
LPG Integral texnologiyası vakuum çəkimi və fırlanan roliklər vasitəsilə dəri və dərialtı yumşaq toxumalara mexaniki təsir göstərir. Mərkəzdə bu prosedurun selülitin görünüşünün azaldılması, üz və bədən dərisinin möhkəmləndirilməsi, liposaksiyadan sonra yaranan nahamarlıq, düyün və şişkinliyin korreksiyası, həmçinin ümumi şişkinliyin azaldılması məqsədilə tətbiq olunduğu qeyd edilir.
LPG proseduru zamanı xüsusi kostyumdan istifadə olunur. Mərkəzin məlumatına əsasən, kostyum dərinin dartılaraq zədələnməsinin qarşısını almağa, cihaz başlığının bədəndə hərəkətini asanlaşdırmağa və prosedurun gigiyenik şəkildə aparılmasına xidmət edir.
Mərkəz LPG prosedurunun ilk 3 seansından sonra nəticənin vizual olaraq müşahidə oluna biləcəyini, tam nəticə üçün isə adətən 10 seansın kifayət etdiyini bildirir. Prosedurun həftədə 2 və ya 3 dəfə aparılması mümkündür. Bütün bədən üçün prosedur 40-60 dəqiqə, yarı bədən üçün 30 dəqiqə, ayrı nahiyə, məsələn qarın və ya üz üçün isə 15-20 dəqiqə davam edir.
LPG proseduruna inkişaf etməkdə olan xərçəng xəstəliyi, dəri səpgiləri və infeksion xəstəliklər, prosedur zonasının iltihabi xəstəlikləri, qan xəstəlikləri, böyrək çatışmazlığı, orqan transplantasiyası, antikoaqulyant müalicə, dəri altı lipomalar və varikoz genişlənməsi olan nahiyələrdə məhdudiyyətlər tətbiq edilir.
Mərkəzdə tətbiq olunan digər texnologiya EMS, yəni elektromaqnit əzələ şəkilləndirməsidir. Məlumata görə, yüksək intensivli fokuslanmış elektromaqnit enerjisindən istifadə edən prosedur əzələ qruplarına təsir göstərir. EMS əsasən oma, qarın, ombalar, ayaqlar və qollar nahiyələrində tətbiq olunur.
EMS prosedurunun müddəti 20-30 dəqiqə təşkil edir. Mərkəzin məlumatında prosedurun həftədə 2 dəfə olmaqla 4 və ya 8 seanslıq paketlər şəklində tətbiq edildiyi, bəzi hallarda ilkin nəticələrin ilk seansdan sonra hiss oluna bildiyi, tam nəticənin isə 8-ci seansdan 30 gün sonra əldə edildiyi qeyd olunur.
EMS prosedurunun xərçəng xəstəliyi, hamiləlik, günəşdən zədələnmiş və yanmış dəri, müalicə zonasındakı Herpes Simplex infeksiyası, ağır dərəcəli insulin asılı şəkərli diabet, antikoaqulyant müalicə və epilepsiya zamanı tətbiq edilmədiyi bildirilir.
Lalisa Estetik Mərkəzində bədən şəkilləndirmə üçün istifadə olunan üçüncü texnologiya Kriolipolizdir. Bu prosedur soyuq lipoliz kimi də tanınır. Mərkəzin məlumatına görə, prosedur zamanı dərialtı yağ toxuması aşağı temperatura məruz qoyulur və digər toxumalara təsir göstərmədən yağ hüceyrələrinin azalmasına yönəlib.
Kriolipoliz ayaqlar, kürək, qarın, omba, popa və qollar daxil olmaqla müxtəlif nahiyələrə tətbiq edilir. Prosedurun müddəti 50-60 dəqiqədir. Mərkəzin məlumatında ilk 5-10 dəqiqə ərzində işlənən nahiyədə soyuğa bağlı sızıltı hissinin yarana biləcəyi, daha sonra isə bu narahatlığın azaldığı qeyd olunur.
Kriolipoliz üzrə prosedurların 30 gün ərzində maksimum 2 seans aparıldığı bildirilib. Mərkəzin təqdim etdiyi məlumatda tətbiq olunan nahiyədə hər seans üzrə 25-40% piy azalmasının müşahidə edilə biləcəyi qeyd olunur.
Soyuğa qarşı həssaslıq xəstəlikləri, o cümlədən kriyoglobulinemiya və Reyno xəstəliyi, aktiv implant edilmiş cihazların, məsələn kardiostimulyatorun olması, hamiləlik və laktasiya, müalicə zonasındakı sağalmamış əməliyyat çapığı, yırtıq, açıq yara və dəri xəstəlikləri zamanı Kriolipolizin tətbiq edilmədiyi bildirilir. Dəri altı lipomalar da əks göstərişlər sırasında göstərilir.
Mərkəz həmçinin bədən şəkilləndirmə prosedurlarında istifadə olunan avadanlıqların FDA sertifikatına malik olduğunu bildirir.


