Kriptovalyutalarla bağlı təlim keçirilib

Kriptovalyutalarla bağlı təlim keçirilib

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance" Bakıda kriptovalyutlara həsr olunmuş təlim keçirib.

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti üçün təşkil olunmuş təlimdə kriptovalyutanın əsasları, araşdırma texnikaları, cinayətkarlığın qarşısının alınmasında kriptovalyuta mübadiləsinin rolu kimi mövzular müzakirə olunub.

Təlimin məqsədi qurumu kriptovalyutalarla bağlı Şübhəli Fəaliyyət Hesabatlarının araşdırılması üçün lazım olan bilik və bacarıqlarla təchiz etmək, blokçeyn analitikası sahəsində məlumatlandırmaq olub.