“Bank Respublika” nizamnamə kapitalını 30 milyon manat artırır
“Bank Respublika” ASC-nin nizamnamə kapitalının artırılması barədə qərar qəbul edilib.
Bu barədə qərar bankın 24 sentyabr 2026-cı il tarixində keçirilmiş Səhmdarların Növbəti Ümumi Yığıncağında qəbul olunub.
Qərara əsasən, bankın nizamnamə kapitalı əvvəlki illərin bölüşdürülməmiş xalis mənfəəti hesabına artırılacaq. Bu məqsədlə dövlət qeydiyyat nömrəsi AZ1002002884 olan, hər birinin nominal dəyəri 6,65 manat təşkil edən 30 188 200 ədəd adi, sənədsiz adlı səhmin nominal dəyəri 7,96 manata yüksəldiləcək.
Beləliklə, səhmlərin ümumi sayı dəyişməz qalacaq, bankın nizamnamə kapitalı isə 39,55 milyon manat artaraq 240,3 milyon manata çatacaq.
Səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.


