“PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat

“PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat

“PAŞA Kapital” İnvestisiya Şirkətinin Biznesin İnkişafı, Strategiya və Kommersiya blokuna rəhbər təyin edilib.

Bu vəzifə Orxan Salayeva həvalə edilib.

O, 2021-ci ilin avqust ayından 2026-cı ilin iyun ayına kimi “Rabitəbank”da Marketinq Departamentinin direktoru kimi çalışıb. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayına kimi isə “Azərbaycan Dəmir Yolları”nda Biznesin inkişafı departamentinin rəis müavini olub.

O, təhsilinə ilk olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyat üzrə bakalavr dərəcəsi almaqla başlamışdır. Daha sonra 2015-ci ildə Niderland Marketinq İnstitutunda  Strateji Marketinq üzrə rəhbər şəxslər üçün nəzərdə tutulmuş təhsil proqramını bitirmişdir. Təhsilini davam etdirərək 2016–2018-ci illərdə Pekin Elm və Texnologiya Universitetində Neyromarketing istiqaməti üzrə MBA dərəcəsinə yiyələnmiş, son olaraq isə 2019–2025-ci illərdə Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində Neyromarketing və Biznesin idarə edilməsi üzrə Fəlsəfə Doktoru (PhD) elmi dərəcəsini tamamlayıb.

“PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti (PAŞA Kapital) 2012-ci ilin iyun ayında yaradılıb. Şirkət fiziki və hüquqi şəxslərə broker, investisiya bankçılığı, marja ticarəti və maliyyə məsləhətləri xidmətləri göstərir.