“PASHA Bank” işçi axtarır

“PASHA Bank” işçi axtarır

Paşa Bank Hesab və Ödəniş Xidmətləri funksional sahəsinə Kiçik mütəxəssis axtarır.

Son tarix 28 iyun 2022 – [email protected]

Əsas vəzifə öhdəlikləri:

Hesab və ödəniş xidmətləri məhsulları üzrə satışın həyata keçirilməsi, gəlirlərinin artırılmasında və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunmasında müştəri menecerlərinə satışla əlaqəli dəstəyin göstərilməsi;

Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və proseslərin effektivliyin artırılmasını təmin etmək ilə məhsul dövriyyəsinin və gəlirliyinin gözlənilən həcmdə olmasına dəstək göstərməsi;

Hesab və ödəniş xidmətləri məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi;

Bankın brendini və nüfuzunu artırmaq üçün müxtəlif tədbirlərdə iştirak etmək;
Müştəri sorğuların vaxtlı-vaxtında, düzgün və keyfiyyətli icrası üçün lazım olunan tədbirlərin görülməsi;
Bankın və müştərilərin məlumatlarının məxfiliyin qorunmasının təmin edilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə:
Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
İş təcrübəsi: Müvafiq sahə üzrə min 1 il təcrübə
Xarici dil bilikləri:  İngilis, Rus
Kompüter bilikləri: Microsoft Office

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 27.06.2022-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Hesab və Ödəniş Xidmətləri üzrə Kiçik Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.