“Paysis” MMC-nin elektron pul təşkilatı lisenziyası ləğv edilib

“Paysis” MMC-nin elektron pul təşkilatı lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Paysis” MMC-nin elektron pul təşkilatı lisenziyası ləğv edilib

BusinessTime bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 01 iyun 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən “Paysis” Məhdud Məsuliyyətli Cəmiyyətinə 11 iyul 2024-cü il tarixli EPT-007 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.