Prezident Arzu Rəhimovu vəzifəsindən azad edib

Prezident Arzu Rəhimovu vəzifəsindən azad edib

Arzu Yusif oğlu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

BusinessTime xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, A.Rəhimov 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində təyin olunmuşdu.