Anar Bağırov: Regionlarda vəkil qıtlığı var
Regionlarda vəkil sayının artırılması bizim üçün önəmli məsələdir. Buradakı namizədlərdən də xahiş edirəm ki, imkan daxilində regionlara üz tutsunlar. Regionlarda vəkil qıtlığı mövcuddur, insanların isə hüquqi yardıma tələbatı var.
Bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillərin təntənəli andiçmə mərasimində deyib.
"Regionlarda işləyən vəkillər paytaxtda fəaliyyət göstərən vəkillərdən heç də pis təminata malik deyillər. Regionlarda fəaliyyət göstərən vəkillərə hər zaman kömək etmişik, bundan sonra da əlimizdən gələn dəstəyi göstərəcəyik".

