Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırıb
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini iki faiz bəndi artıraraq illik 15 faizə qaldırıb.
Bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb. Bank ölkədə inflyasiyanın qarşısını almaq məqsədilə uçot dərəcəsini bu ilin iyulunda 1 faiz, avqustunda isə 3,5 faiz bəndi artırmışdı.
Bankın qərarından sonra Moskva birjasında ABŞ dollarının məzənnəsi 92,89 rubla, avronun məzənnəsi isə 98,16 rubla enib.