Sabiq mədəniyyət nazirinə yeni vəzifə verilib
Azərbaycanın sabiq mədəniyyət naziri Anar Kərimova İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) vəzifə verilib.
Məlumata görə, o, təşkilatın Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri təyin edilib.
Qeyd edək ki, A.Kərimov Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamla mədəniyyət naziri vəzifəsinə təyin olunmuşdu. O, 2022-ci ildə nazir vəzifəsindən azad edilib.
Report