Sahib Ələkbərov: “Qarabağda 128 min hektar suvarılan torpaq çirkləndirilib”

Sahib Ələkbərov: “Qarabağda 128 min hektar suvarılan torpaq çirkləndirilib”

“Azərbaycan ərazilərinin işğalı dövründə 1 milyon hektardan artıq kənd təsərrüfatı üçün yararlı torpaq, o cümlədən 128 min hektar suvarılan torpaq mina və digər partlamamış sursatlalrla çirkləndirilib”.

BusinessTime xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.

O həmçinin bildirib ki, işğal nəticəsində 600-dən çox sənaye və kənd təsərrüfatı müəssisəsi dağıdılıb.

“İşğaldan azad edilmiş ərazilərdə hər şeyin sıfırdan başlayaraq yenidən qurulması bizə imkan verir ki, innovativ və ixrac yönümlü məhsullar istehsal edək”, - nazir müavini qeyd edib.

"Həmin ərazilər ilk növbədə minalardan və digər partlamamış silah-sursatdan azad edilməli, təhlükəsizlik təmin olunmalıdır. Bundan sonra işğaldan azad edilmiş ərazilərdə əhalinin reintiqrasiyasını təmin etmək normativ hüquqi baza və yeni idarəetmə sistemi yaradılmalı, şəhərsalma və arxitektura məsələləri həll edilməli, nəqliyyat, rabitə infrastukturu qurulmalı, kommunal xidmət şəbəkəsi yaradılmalıdır. Bundan əlavə ehtiyatlar yenidən qiymətləndirilməli, iqtisadi canlanma yaradılmalı, torpaq islahatları aparılmalı, iş yerləri yaradılmalı və indiki tələblər nəzərə alınmaqla iqtisadiyyatın üstünlük verilən sahələri müəyyən edilməlidir. Hazırda bu istiqamətlərdə işlər həyata keçirilir", - deyə S.Ələkbərov əlavə edib.