Şahin Bağırov sakinlərin müraciətlərini dinləyəcək

Şahin Bağırov sakinlərin müraciətlərini dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov oktyabrın 27-də saat 10:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Xızı şəhəri, Heydər Əliyev prospekti 37) Xızı və Siyəzən rayonlarından olan vətəndaşlarla görüşəcək.

DGK-dən bildirilib ki, qəbul zamanı Xızı və Siyəzən rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Görüşdə etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla ( https://customs.gov.az/az/muracietler/sedre-mektub) qəbula yazıla bilərlər.