Şəhərin təmizliyinin təmin edilməsində əziyyət çəkən xanımlara sürpriz
İllərdir insanlarda xoş əhval yaratmağı şüar seçmiş “Berqa” markası Beynəlxalq Qadınlar Günündə əməkçi xanımları təbrik edib. Adıçəkilən marka məşhur aktyor Azər Aydəmirlə bərabər Bakının müxtəlif istiqamətlərində şəhərin təmizliyinin təmin edilməsində əziyyət çəkən xanımlara hədiyyələr veriblər.
Qeyd edək ki, “Berqa” markası hər il 8 mart bayramında müxtəlif layihələr, fleşmoblar və konsertlər təşkil edərək insanlara xoş əhval-ruhiyyə bəxş edir. Bununla bərabər özəl günlərdə sevilən çay markasının sosial media hesablarında da müxtəlif hədiyyəli müsabiqələr təşkil edilir. Sosial media hesabları:
https://www.facebook.com/BerqaCay
https://www.instagram.com/berqa_tea_/