Xəzər dənizinin biomüxtəlifliyinin azalması mümkündür

Xəzər dənizinin biomüxtəlifliyinin azalması mümkündür

"Yaxın illərdə dəniz səviyyəsinin enməsi ilə bəzi endemik növlərin itirilməsi və Xəzər dənizinin biomüxtəlifliyinin azalması mümkündür".

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.

Nazirin sözlərinə görə buna görə də məsələyə xüsusi diqqət yetirilməsi vacibdir: "Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji müşahidə məntəqələrində dəniz səviyyəsi üzərində müntəzəm müşahidələr aparılaraq səviyyənin dəyişməsi tendensiyası nəzarətdə saxlanılır. Müvafiq maraqlı tərəflər, xüsusilə fəaliyyətləri dənizlə bağlı olan qurumlar məlumatlandırılır ki, işlərində və gələcək fəaliyyətlərini planlaşdıranda bu məqamları nəzərə alsınlar".