Şəhid ailələri ziyarət olunub

Şəhid ailələri ziyarət olunub

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Xankişiyev Nicat Aşur oğlunun, Əsgərov Fərid Ərəstun oğlunun, Əhmədov Xəyal Hüseyn oğlunun, Gözəlov Murad Zabil oğlunun, Məmmədov Natiq İltifat oğlunun, Aslanov Ağasadıq Xəlil oğlunun və Məmmədov Şahlar Şahin oğlunun şəhadətə yüksəlmələrinin ildönümü ilə əlaqədar olaraq ailələri ziyarət olunub. 

Şəhidlərin il dönümünün ziyarət olunmasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.

Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.