Tarixçi alim Kərəm Məmmədov vəfat edib

Tarixçi alim Kərəm Məmmədov vəfat edib

Tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, Əməkdar müəllim Kərəm Məmmədov vəfat edib.

Bu barədə mərhumun ailə üzvləri məlumat veriblər.

Məlumata görə Kərəm Məmmədov bu gecə İstanbulda qəfil ürək tutmasından vəfat edib. Hazırda cənazənin Azərbaycana gətirilməsi ilə bağlı müvafiq işlər aparırlır.

Qeyd edək ki, Kərəm Məmmədov 1965-ci il fevral ayının 22-də Dmanisi rayonunun Gəyliyən kəndində anadan olmuşdur. 1996-cı ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya" kafedrasının müəllimidir.

Allah rəhmət eləsin!