Toxuculuq sənayesində artım qeydə alınıb
Bu ilin yanvar-avqust aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 301,6 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 23,5 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 6,7 faiz, geyim istehsalında isə 13,6 faiz azalma müşahidə olunub.