Jeland J7 krossoveri Rusiya bazarında yeni komplektasiya əldə edib

Jeland J7 krossoveri Rusiya bazarında yeni komplektasiya əldə edib

Gənc Jeland markasının J7 krossoveri Rusiya bazarında yeni top komplektasiya ilə təklif olunmağa başlayıb.

“Prestij +” adlı yeni versiya artıq Rusiya dilerlərinə çatıb və onun qiyməti açıqlanıb. Jeland markası Rusiya holdinqi “AGR” və Çinin Defetoo şirkətinin birgə layihələrindən biri kimi yaradılıb.

Markanın ilk modeli Jeland J6, ikinci modeli isə orta ölçülü Jeland J7 krossoveri olub. J7-nin Rusiyada satışına 2026-cı ilin iyul ayının ikinci yarısında başlanılıb.

Əvvəlcə model yalnız “Komfort” və “Prestij” komplektasiyalarında təklif edilirdi. Yeni “Prestij +” versiyasının əlavə olunması ilə Jeland J7-nin avadanlıq baxımından ən yüksək səviyyəli variantı da satışa çıxarılıb.