Vergi Xidmətindən getdi, "AZCON Holding"də vəzifəyə təyin edildi

Vergi Xidmətindən getdi,

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin şöbə rəisi Gülnar Ağazadə vəzifəsindən ayrılıb.

O, "AZCON Holding"də Qrup üzrə vergi meneceri vəzifəsinə təyin olunub.

G. Ağazadə 2013-cü ildən yeni təyinatadək DVX-də çalışıb. 2017-ci ildən bəri DVX-də şöbə rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, "AZCON Holding"də qrup üzrə vergi meneceri holdinqlər, transmilli şirkətlər və ya tabeliyində çoxlu sayda törəmə müəssisə olan böyük biznes strukturlarında vergi strategiyasının qurulması, vergi risklərinin idarə edilməsi və qanunvericiliyə tam uyğunluğun təmin edilməsinə cavabdeh olan yüksəksəviyyəli maliyyə mütəxəssisidir. (Yurd.Media)