Arzu Bağırova mükafatlandırılıb

Arzu Bağırova mükafatlandırılıb

Masallıda tanınmış iş adamları, elm, təhsil, mədəniyyət, səhiyyə, din və digər sahələrdə çalışan masallılarla işgüzar görüş keçirilmişdir. 
 
İşgüzar görüşdə  Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatının kollektivi, Milli Məclisin deputatları, RİH başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəalları, jurnalistlər iştirak ediblər. 
 
Görüşdə rayonun sosial-iqtisadi inkişafına nail olmaq, sahibkarların dəstəyilə yeni iş yerlərinin yaradılması, kənd icmaları üçün həvəsləndirici tədbirlərin görülməsi, rayonun prespektiv imkanlarından səmərəli istifadə edilməsi, rayon gənclərinin inkişafının dəstəklənməsi, yerli və xarici investorların rayona cəlb edilməsi və digər vacib mövzularda müzakirələr aparılıb.
 
Daha sonra bir qrup şəxsə Masallı RİHB-nin Fəxri fərmanları təqdim olunu
 
Təltif olunanlar arasında Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova da var. Belə ki, Arzu Bağırova Fəxri Fərmanla mükafatlandırılıb.