Volt Avto işçi axtarır - VAKANSİYA

Volt Avto işçi axtarır - VAKANSİYA

Volt Avto şirkətinə “Satış Üzrə Mütəxəssis” tələb olunur.

Namizədə tələblər:
- Yaş: 25-35;
- Cinsi: Kişi;
-  İş təcrübəsi: avtomobil satış sahəsində ən azı 3 il iş stajı;
- Dil biliyi: səlis Azərbaycan dilini bilməsi (rus dilini bilməsi arzuolunandır);
- Satış qabiliyyəti olmalı;
-  Satışda olan bütün avtomobillərin xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı;
- Zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli məlumatlar verməli;
- Alıcılarla nəzakətli rəftar etməli, onların avtomobillərlə ətraflı tanış olmasına şərait yaratmalı;
- Telefon zənglərini və mesajlara operativ və dəqiq cavablandırmalı;
-  İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olmalı;
-  Müştərilərlə gülərüz, mehriban olmalı;
- Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtında yerinə yetirməli;
- Satış üzrə mütəxəssiz kimi video çəkilişlərdə iştirak etməli, potensial müştərilərə düzgün informasiya çatdırmalı;

İş barədə məlumat:
- İş qrafiki: Həftə içi 6 gün, 10:00-dan - 19:00-dək;
- Əmək haqqı müsahibə zamanı müəyyənləşəcək;
- Ünvan Bakı şəhəri, Badamdar qəsəbəsi;
Mövzu yerində “Satış üzrə mütəxəssis” qeyd edərək, şəkilli CV-lərinizi aşağıdakı elektron ünvanına göndərməyiniz xahiş olunur:
[email protected]

Vacib qeyd: işə qəbul prosesində yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.