Vüqar Əhmədov Ağdaşda vətəndaşları qəbul edəcək

Vüqar Əhmədov Ağdaşda vətəndaşları qəbul edəcək

Sabah saat 10:00-da Ağdaş şəhərində "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul Ağdaş şəhəri, Xiyabani küçəsi 2 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Ağdaş Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların diqqətinə çatıdırılır ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.