Xalq Bankdan xaricdə təhsillə bağlı sərfəli təklif
Xalq Bank xaricdə təhsil ödənişləri üzrə köçürmələrlə bağlı xüsusi kampaniya təqdim edir. Belə ki, kampaniya müddəti ərzində fiziki şəxslər xarici ölkələrə təhsil ödənişləri üzrə pul köçürmələrini endirimlə 0,15% komissiya ilə həyata keçirə bilərlər.
Kampaniya çərçivəsində həmçinin xaricdə təhsil alan tələbələrə Xalq Bank tərəfindən 1 illik Visa Platinum kartı hədiyyə edilir. Müxtəlif səyahət imtiyazları təqdim edən Visa Platinum kartı ilə tələbələr səfərlərini daha rahat və sərfəli planlaşdıra bilərlər. Kartın üstünlükləri sırasında il ərzində 2 dəfə hava limanlarında biznes zallara pulsuz giriş, prioritet zolaqdan istifadə, rouminqdə 2 GB internet, beynəlxalq ödənişləri rahat həyata keçirmək kimi imkanlar yer alır.
Kampaniya 31.10.2026 tarixədək qüvvədədir. Kartı əldə etmək üçün tələbələr xaricdə təhsillə bağlı təsdiqedici sənədlərlə birgə Bankın istənilən filialına yaxınlaşa bilərlər.
Qeyd edək ki, xaricdə təhsil ödənişlərinin maliyyələşdirilməsi üçün müştərilər Xalq Bankın illik 12%-dən başlayan şərtlərlə təklif etdiyi istehlak kreditindən də yararlana bilərlər. İstehlak krediti kampaniyası 30.12.2026-dək davam edir. Ətraflı məlumat üçün: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/xalq-bank-nagd-pul-kreditinin-sertlerini-yeniledi-az
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.


