“Data Governance” layihəsinin icrasına başlanılıb

“Data Governance” layihəsinin icrasına başlanılıb

“Data Governance” istehsal olunan məlumatların keyfiyyətinin artırılması, təhlükəsizliyinin təmin edilməsi və mübadiləsinin genişləndirilməsi baxımından əlverişli platformadır. İqtisadiyyat Nazirliyində “Elektron hökumət”in tələblərinə uyğun olaraq, G2G (dövlət qurumlarının daxili biznes proseslərinin rəqəmsallaşdırılması və dövlət qurumları arasında elektron məlumat mübadiləsinin yaradılması), G2B (dövlət qurumları ilə biznes sektoru arasında elektron məlumat mübadiləsinin təşkili), G2C (dövlət qurumları ilə vətəndaşlar arasında əlaqələrin elektron platforması) istiqamətləri üzrə göstərilən xidmətlərin tam olaraq rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir.

Nazirlikdən  bildirilib ki, bu istiqamətlər üzrə keyfiyyətli, dayanıqlı və əlçatan xidmətlərin təşkili məqsədilə reallaşdırılan rəqəmsal layihələrin davamı olaraq, “Data Governance” (Məlumat İdarəetməsi) layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlər zamanı məlumatların idarə edilməsi və etibarlılığı üçün həllər toplusunun formalaşdırılmasıdır.