Yeni sədr təyin olundu

Yeni sədr təyin olundu

Avni Demirci "Caspian Energy Germany"in İdarə Heyətinin Sədri təyin olunub

Bu barədə  "Caspian Energy Club"un İdarə Heyətinin Sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə Avni Demirci, “Caspian Energy Club Türkiyenin”  İdarə Heyətinin Sədri vəzifəsini icra etdiyi dövürdə öz potensialını göstərmiş və layihələrini uğurla idarə etmişdir. Bu il o,"Caspian Energy Germany” Almaniya ərazisində "Caspian Energy Club"un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək. Bunların sırasında beynəlxalq “Caspian Energy Forum Germany”, “Caspian Energy Award Germany”, “Brand Award Germany” və həmçinin Almaniyanın bütün regionlarında regionlarında B2G və B2B forumlar, biznes-turlar və  dəyirmi masalar, “CEO Breakfast” və “CEO Lunchlar”,təşkil edəcək.

Avni Demirci ona göstərilən yüksək etimada görə "Caspian Energy Club"un Ali Rəhbərliyinə minnətdarlığını bildirib. Avni Demirci Almaniyada Türk diasporunun çox güclü olduğunu vurğulayıb və Azərbaycan, Türkiyə, Almaniya sahibkarları arasında, üç tərəfli iş birliyinin təmin olunmasında, netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında, aktiv iştirak edib və əlindən gələni edəcəyini vurğulayıb.

1967-ci ildə Kastamonu şəhərinin Azdavay rayonunda  dünyaya gələn Avni Demirci, ali təhsilini “19 Mayıs” Universitetində tamamladıqdan sonra T.C. Ziraat Bankı, Bankçılıq və Sığortacılıq məktəbini bitirdi.

1991 ildə “T.C. Ziraat Bankası A.Ş”-də Bankçılıq karyerasına başladı.. T.C Ziraat Bankında əvvəl kredit departamenti olmaqla, növbəti təxmini 10 il ərzində fərqli-fərqli departamentlərdə işlədikdən sonra karyerasını Türkiyədən xaricdə davam etdi.

2001-2009-cu illərdə “Uzbekistan Turkish Bank”-da əvvəlcə Departamen Direktoru sonra isə İdarə Heyəti Sədrinin Müavini vəzifələrini icra etdi.

2009-2013 illəri ərzində “Turkmen Turkish Bank”-da İdarə Heyətinin Sədri.

2013-2015 illəri ərzində “Ziraat Bank Moskow”-da Müşahidə Şurası üzvü və İdarə Heyəti Sədri vəzifələrinə təyin edildi.

2015-ci ildə “Ziraat Bank Azərbaycan ASC”-ni qurduqdan sonra 2015-2021-ci illəri ərzində “Ziraat Bank Azərbaycan ASC”-nin  İdarə Heyəti Sədri vəzifəsində işləmişdir.

2022-ci ilin may ayından etibarən “Golden Global Yatırım Bankası A.Ş”-də Müşahidə Şurası üzvü və Audit Komitəsinin üzvü olaraq fəaliyyət göstərməkdədir.

Avni Demirci 2018-2021 illəri ərzində “Caspian Energy Club”-un İdarə Heyəti üzvü, 2019-2023 illəri ərzində “Caspian Energy Turkiye”-nin İdarə Heyəti Sədri vəzifələrini icra etdikdən sonra “Caspian Energy Germany”-nin İdarə Heyəti Sədri vəzifəsinə təyin edilmişdir.

Eyni zamanda, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TUİB) İdarə Heyətinin Sədr Müavini vəzifəsini icra etməktədir.

Maliyyə, İnvestisiya və İdari məsələlər üzrə konsaltinq xidmətləri göstərən “Alkan Consulting Group”-un təsisçisi və direktorudur.

Bundan əlavə, 2017-ci ildən etibarən Brüssel şəhərində yerləşən “Avropa Arbitaj Məhkəməsi”-də hakim vəzifəsini icra edir.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökümət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.