“Ziraat Bank Azərbaycan” 12 milyon manata yaxın mənfəət açıqladı
“Ziraat Bank Azərbaycan” ASC bu ilin 2-ci rübünü 11 milyon 591 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin 2-ci rübündə bankın mənfəəti 10 milyon 136 min manat təşkil edib.
BusinessTime bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Ziraat Bank Azərbaycan”ın faiz gəlirləri 69% artaraq 57 milyon 710 min manat, qeyri-faiz gəlirləri isə 4.5% artaraq 11 milyon 176 min manat olub.
Hesabat dövründə bankın cəmi aktivləri 1 milyard 560 milyon manat olub. O cümlədən müştərilərə verilmiş kreditlər 8.4% artaraq 831 milyon 708 min manat təşkil edib.
Cari ilin iyul ayının 1-nə “Ziraat Bank Azərbaycan”ın cəmi öhdəlikləri 1 milyard 207 milyon manatdan 1 milyard 386 milyon manata çatıb, cəmi kapitalı isə 160 milyon 669 min manatdan 173 milyon 894 min manata çatıb.


