1,7 milyard manatdan çox kompensasiya ödənilib - AÇIQLAMA
Bu ilin iyulun 1-nə Azərbaycanda ləğv prosesində olan 19 bank üzrə əmanətçilərə 1 milyard 729 milyon 888 min manat kompensasiya ödənilib.
Bunu Əmanətlərin Sığortalanması Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova Milli Mətbuat Günü ilə bağlı təşkil olunmuş Dialoq və Əməkdaşlıq Forumunda bildirib.
Onun sözlərinə görə, hesabat dövrünədək kompensasiya ödənilən əmanətçilərin sayı 63 888 nəfərə çatıb.


