Azərbaycanın xurma ixracı 11,6 faiz azalıb

Azərbaycanın xurma ixracı 11,6 faiz azalıb

Bu ilin yanvar–iyun aylarında Azərbaycan 32 milyon 99 min ABŞ dolları dəyərində 40 min 527 ton xurma ixrac edib.

BusinessTime.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 847 min ABŞ dolları və ya 2,6%, həcm baxımından isə 5 min 307 ton və ya 11,6% azalıb.

Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cüzi paya malik olub.

Altı ay ərzində Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib. Bu göstərici illik müqayisədə 1,1% artıb.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son bir ildə ixrac 26,7% artıb, idxal isə 27,6% azalıb.

Nəticədə xarici ticarətdə 7 milyard 979 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Bu göstərici illik müqayisədə 5,9 dəfə çoxdur.