2 saata 25 min bilet satıldı

2 saata 25 min bilet satıldı

“Qarabağ” – “Qalatasaray” oyununa bilet satışı davam edir.

“Qarabağ” FK və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri bu gün saat 11:00-da satışa çıxarılıb.

 2 saat ərzində 25 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Iticket.az-ın satış məntəqələri;
“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.

Qeyd edək ki, qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Qeyd edək ki, “Qarabağ” - “Qalatasaray” matçı martın 26-sı saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.