Velosiped Federasiyasının prezidenti istefa verib

Velosiped Federasiyasının prezidenti istefa verib

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev postundan ayrılıb.

Bu barədə AZƏRTAC-a qurumun baş katibi Elnarə Musayeva məlumat verib.

Onun sözlərinə görə, M. Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işləri əlaqədar bu qərarı verib.

Elnarə Musayeva yaxın günlərdə federasiyaya prezidentliyi üçün yeni seçkilərinin olacağını söyləyib.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.