AMB lombard sektorunda yeni tənzimləmə mexanizmi hazırlayır

AMB lombard sektorunda yeni tənzimləmə mexanizmi hazırlayır

Mərkəzi Bank lombard sektorunda tənzimləmə tətbiq etməyi planlaşdırır. AMB sədri Taleh Kazımov bildirib ki, təşəbbüsün əsas məqsədi məhdudiyyətləri artırmaq deyil, istehlakçıların hüquqlarını qorumaqdır.

T.Kazımov bunu faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın lombard sahəsinin tənzimlənməsi ilə bağlı təşəbbüsünün gələn il təsdiqlənməsi gözlənilir.

“Lombard sahəsində biz tənzimləməni gətirmək istəyirik. Bu, o demək deyil ki, məhdudiyyətlər gələcək. Bu tənzimləmə daha çox istehlakçıların hüquqlarının müdafiəsi sahəsində olacaq”, – deyə AMB sədri bildirib.