30 gənc müəllim Türkiyədə

30 gənc müəllim Türkiyədə

“Azərbaycan-Türkiyə Müəllimlərinin Yay Düşərgəsi”nin Açılış Tədbiri Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin (Bursa Azerbaycan İnovasyon ve Dayanışma Derneği) birgə təşkilatçılığı,Bursa Şəhər Milli Təhsil İdarəsi (Bursa İl Milli Eğitim Müdürlüğü), Bursa Böyükşəhər Bələdiyyəsi (Bursa Büyükşehir Belediyesi) və Birlik Vəqfi (Birlik Vakfı Bursa Şubesi) Bursa şöbəsinin təşkilatı dəstəyi ilə təşkil olunan “Türkiyə-Azərbaycan Müəllimlərinin Yay Düşərgəsi”nin açılış tədbiri həyata keçirildi.

Layihə çərçivəsində Azərbaycandan yola çıxmış 30 gənc müəllim artıq Bursa şəhərindədir və Türkiyədən seçilmiş 15 müəllimlə birlikdə layihənin açılış tədbirində iştirak edirlər. Tədbirin məqsədi müəllimlərin tanışlığı, adaptasiyası və proqram haqqında məlumatların verilməsidir. Düşərgə zamanı müəllimlərimizə uğurlar arzulayırıq. Onların zamanlarını öyrədici, səmərəli və xoş keçirəcəklərinə əminik.

BusinessTime