3930 müraciət elektron şəkildə qəbul olunub
"Azərişıq"ın “ASAN xidmət”lə İş Departamenti tərəfindən 2023-cü il üzrə ümumilikdə 323601 müraciət qəbul olunub.
Bu barədə qurumun "ASAN xidmət”lə İş Departamentinin direktor müavini İnam Yusifov qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
İnam Yusifov bildirib ki, müraciətlərin 8314 ədədi elektron şəkildə, 315287 ədədi isə xidmət mərkəzlərində qəbul olunub.
“Sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üzrə 7985 müraciətdən 3930 müraciət elektron şəkildə qəbul olunub ki, bu da ortalama 49 faiz elektron müraciət deməkdir. Ümumilikdə görülmüş tədbirlər nəticəsində 2023-cü ilin son 3 rübü ərzində sahibkarlıq subyektlərinin elektron müraciətlərinin sayı ümumi müraciətlərin 50 faizdən çoxunu təşkil edir”, - deyə direktor müavini əlavə edib.