“AccessBank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“AccessBank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“AccessBank” QSC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

BusinessTime.az bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, Asiya İnkişaf Bankının (ADB) payı 19,9 %-dən 20,33 %-ə, Avropa İnvestisiya Bankının (EIB) payı 17,39 %-dən 17,76 %-ə, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) payı 16,56 %-dən 15,86 %-ə, Niderland İnkişaf Bankının (FMO) payı 9,41 %-dən 9,62 %-ə, Avstriya İnkişaf Bankının (OeEB) payı 9,17 %-dən 9,36 %-ə, digər səhmdarların isə payı 27,57 %-dən 27,07 %-ə dəyişib.

Xatırladaq ki, “Access Bank” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,718 milyon manatdır.