Bu terminal vasitəsi ilə yükdaşımalar 60%-dən çox artıb

Bu terminal vasitəsi ilə yükdaşımalar 60%-dən çox artıb

2022-2023-cü maliyyə ilində Astara dəmir yolu terminalı vasitəsilə İran və Azərbaycan arasında ixrac, idxal və tranzit baxımından ümumilikdə 571 146 ton yük daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 60% artım deməkdir.

BunsinessTime İran mediasına istinadən xəbər verir ki, bu barədə yerli dəmir yolu rəsmisi Qulamhüseyn Valadi məlumat verib.

Q.Valadinin sözlərinə görə, 2021-2022 maliyyə ilində bu istiqamətdə yükdaşımanın həcmi 355,977 ton olub.

Bu dövrdə Azərbaycana dəmir yolu ixracı 199 151 ton təşkil edib ki, bu da əvvəlki ildəki 182 054 ton ilə müqayisədə 10% artıb.

Sitrus meyvələri, sement, kimya, kafel və ərzaq ixrac olunan əsas mallar olub.

Həmin dövrdə terminal vasitəsilə dəmir yolu ilə ümumilikdə 152 min ton yük idxal edilib, dəmir yolu tranzitinin həcmi isə 220 min ton təşkil edib.

Əsas tranzit və idxal olunan məhsullar ağac, pambıq, kağız və taxıl olub.

Yazar