Lukoil şirkəti 411 yanacaqdoldurma məntəqəsini alır

Lukoil şirkəti 411 yanacaqdoldurma məntəqəsini alır

Əslən azərbaycanlı olan Vahid Ələkbərovun yaratdığı “Lukoil” şirkəti Rusiyada 400-dən çox “Shell” yanacaqdoldurma məntəqəsinə və sürtkü yağları zavoduna sahib olan “Shell Oil” şirkətini satın alır.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

""Lukoil", Rusiyada neft məhsullarının pərakəndə satışı və sürtkü yağları istehsal edən "Shell Oil"in 100% payını almaq üçün "Shell"in törəmə şirkətləri ilə müqavilə bağladığını elan edir. Söhbət əsasən Mərkəzi və Şimal-Qərb federal dairələrində yerləşən 411 Shell yanacaqdoldurma məntəqəsindən və Tver vilayətində sürtkü yağları istehsal edən zavoddan gedir",- məlumatda bildirilir

Əməliyyat Federal Antiinhisar Xidməti tərəfindən təsdiqləndikdən sonra tamamlanacaq.

Marja.az