Vatsapdan təhlükəsiz istifadə qaydaları

Vatsapdan təhlükəsiz istifadə qaydaları

Vatsap hesabınızın təhlükəsizliyini təmin etmək üçün bəzi məqamlara diqqət yetirin.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin vətəndaşlara müraciətində bildirilib.

Müraciətdə qeyd olunub ki, vatsap hesabınızın təhlükəsizliyini təmin etmək üçün hesabınıza bağlı olan cihazları mütəmadi olaraq yoxlayın. Əgər bu bölmədə şübhəli görünən və ya tanımadığınız cihaza rast gəlmisinizsə, həmin cihazdan çıxış edin.