İnternetin keyfiyyət göstəriciləri müəyyən ediləcək

İnternetin keyfiyyət göstəriciləri müəyyən ediləcək

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinin müəyyən edilməsi və xidmətlərin həmin göstəricilərə uyğun göstərilməsi təklif olunur.

Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Telekommunikasiya haqqında” qanun layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, qanunda telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Belə ki, müvafiq maddədə “standartlarının” sözü “keyfiyyət göstəricilərinin” sözləri ilə əvəz edilir.

Digər dəyişikliyə əsasən, telekommunikasiya xidmətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun göstərilməlidir.

Qanun layihəsi səs verməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.