“Azərbaycan Sənaye Sığorta”nın yığımları 5 milyon manata yaxın azalıb

“Azərbaycan Sənaye Sığorta”nın yığımları

“Azərbaycan Sənaye Sığorta” şirkətinin 2026-cı ilin yanvar-sentyabr dövründə yığdığı sığorta haqları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

2026-cı ilin yanvar-sentyabr dövrü şirkətin sığorta haqları 19,781 min manat təşkil edib.

2025-ci ilin yanvar-sentyabr dövründə bu rəqəm 24,760 min manat olaraq qeydə alınmışdı. Qeyd olunan göstərici illik müqayisədə 20% azalma (mənfi dinamika) ilə nəticələnib.

Xatırladaq ki, ASC 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.