ABB-dən yeni kreditinizi tam 5 faiz güzəştlə əldə edin

ABB-dən yeni kreditinizi tam 5 faiz güzəştlə əldə edin

ABB-yə kredit üçün müraciət edən müştərilər illik faiz dərəcəsində tam 5 faiz güzəşt əldə etmək imkanına sahib olacaqlar.

Martın 31-dək davam edəcək kampaniya ABB-dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində bu bankda aktiv və bağlı krediti olmayan müştərilərə şamil ediləcək. Rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan hər kəs bu gözəl fürsətdən yararlana biləcək. Kreditin şərtləri: məbləğ - 35 min manatadək; müddət - 60 ayadək; komissiya – 0 faiz; sığorta haqqı – 0 faiz; illik faiz dərəcəsi – 11,9 faizdən başlayaraq.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin istənilən filialından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.