ADIF "Dəmir Bank"ın kreditorlarına müraciət edib
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Dəmir Bank" ASC-nin kreditorlarına müraciət edib.
ADIF-dən bildirilib ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi fevralın 5-dən başlayacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ƏSF-nin Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.
Əlavə məlumat almaq üçün qaynar xətt: (+994) 941