ADY azot gübrələrinin daşımasını 40%-dən çox artırıb
![ADY azot gübrələrinin daşımasını 40%-dən çox artırıb](https://businesstime.az/uploads/images/2024/03/image_750x_66013370489fd.jpg)
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2024-cü ilin yanvar və fevral aylarında tranzit, ixrac və idxal rejimləri üzrə 2,43 milyon ton yük daşıyıb.
ADY-dan verilən məlumata görə, daşınan yüklər arasında mazut və azot gübrələrinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22% və 42% artım qeydə alınıb.
Ümumi yükün 7,4%-ni təşkil edən qələvi metallar və metalloidlərin (kükürd, fosfor-natrium) həcmi isə 2023-cü ilin ilk iki ayına nisbətən 2 dəfə çox olub.