AFFA "Qarabağ"ı 4000, "Araz-Naxçıvan"ı 3800 manat cərimələdi

AFFA "Qarabağ"ı 4000, "Araz-Naxçıvan"ı 3800 manat

AFFA "Qarabağ"ı və "Araz-Naxçıvan"ı cərimələyib.

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVI turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunu ilə bağlı cəzalarını açıqlayıb.

Komitə 3 futbolçunu cəzalandırıb.

Görüşün 83-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan naxçıvanlıların yarımmüdafiəçisi Felipe Santos 2 oyun şərti olmaqla 4 matçlıq cəzalanıb, klubu 3000 manat cərimələnib.

“Qarabağ”dan isə Elvin Cəfərquliyev və Musa Qurbanlı həmin qalmaqal zamanı təcavüzkar davranışa cəhd etdikləri üçün 1-i şərti olmaqla 2 matçlıq sanksiya ilə üzləşib, “Qarabağ” 4000 manat cərimə olunub. Hər 3 oyunçuya 3 ay sınaq təyin edilib.

Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması “Araz-Naxçıvan”ın daha 800 manat cərimələnməsinə səbəb olub.