“Kapital Bank” xarici bankdan 50 milyon manat borc alıb

“Kapital Bank” xarici bankdan 50 milyon manat borc alıb

“Kapital Bank” ASC istiqraz yerləşdirməsi yolu ilə xarici bankdan 50 milyon manat borc vəsaiti cəlb edib.

Bank Bakı Fond Birjasında 50 milyon manat həcmində istiqrazlarını qapalı yerləşdirmə üsulu ilə xarici institusional investora satıb.

Bu, “Kapital Bank”ın milli valyutada istiqraz buraxılışı vasitəsilə xarici bankdan vəsait cəlb etdiyi ilk əməliyyatdır.

Qapalı yerləşdirmə istiqrazların geniş investor kütləsinə açıq satışa çıxarılmadan əvvəlcədən müəyyən edilmiş investora satılması deməkdir.

Bankın məlumatına görə, əməliyyat maliyyələşmə mənbələrinin şaxələndirilməsinə və xarici investorlarla əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

İstiqrazların illik faiz dərəcəsi, tədavül müddəti və onları alan xarici bankın adı açıqlanmayıb.

Qeyd edək ki, “Kapital Bank” 2024-cü ildən yerli kapital bazarında aktiv fəaliyyət göstərir. Bu müddət ərzində bank ümumilikdə 170 milyon ABŞ dolları və 260 milyon manat həcmində 11 istiqraz buraxılışı həyata keçirib.

Xatırladaq ki, “Kapital Bank” “PAŞA Holding” şirkətlər qrupuna daxildir.

Plat.az