Ağdamın iki kəndində 8,5 milyon manatlıq layihənin icrasına başlanılır

Ağdam rayonunun iki kəndində 8,5 milyon manatlıq layihənin icrasına başlanılır.
Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Belə ki, Xıdırlı kəndində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinə başlanılır. Qurum bu işlərin həyata keçirilməsinə 3.395.004,44 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Sarıcalı kəndində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinin isə 5.144.546,09 manata başa gələcəyi ehtimal edilir.