“Agro Dairy” 10 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır
“PAŞA Holdinq” MMC-yə məxsus “Agro Dairy” MMC 10 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır.
Bu barədə Yurd.Media-ya şirkətdəki mənbə bildirib.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 000 manat olan 100 ədəd istiqrazdan gedir.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək. Emissiya üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazların illik faiz dərəcəsi və faizlərin ödənilmə tezliyi isə açıqlanmır.

