Fondun nizamnamə kapitalı 12 % artırılıb

Fondun nizamnamə kapitalı 12 % artırılıb

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı 95 milyon manat və yaxud 11,9 % artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılıb.

Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına təmin ediləcək.